13 mart 2020 14:51
994

VI çağırış Milli Məclisin deputatlarına mandatlar təqdim olunub

Martın 13-də Azərbaycan Milli Məclisinin 2020-ci il yaz sessiyasının iclası keçirilir.

İclasda VI çağırış Milli Məclisin deputatlarına mandatlar təqdim olunub. Mandatları Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edib.

Məzahir Pənahov seçkilərin şəffaf və ədalətli keçirildiyini, bunun Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olduğunu vurğulayıb.