26 yanvar 2021 18:43
583

Videooyunlarla bağlı bunları bilirdinizmi?

Video oyunlar son zamanlar ən məşhur və geniş yayılan əyləncə formasına çevrilib. Oyun sənayesinin məhsulları ilə müxtəlif yaşlarda olan insanlar maraqlanırlar. Hətta həftədə cəmi bir neçə saat videooyunlara vaxt ayırırsınızsa, “İki sahil”in Rusiya mətbuatına istinadən aşağıda təqdim etdiyi faktlar sizin üçün maraqlı ola bilər:

Məşhur videooyunun personajı olan Marionun adı ilk ev sahibi Mario Siqeylaya həsr edilmişdi. Oyunun bütöv adı “Super Mario Bros”dur. Qeyd edək ki, sonradan həmin oyundakı personaj olan qırmızı kombinezonlu italyan santexnikdən 120 fərqli oyunda istifadə edilib.

Oyun dizayneri Toru İvatani “Pac-Man” oyununun konsepsiyasını pizza yeyərkən düşünmüşdü.

“Nintendo” oyun şirkəti “Sony”yə oyun konsolları sifariş verir, lakin sonradan ideyasından imtina edir. Layihəni yarı yolda qoymaq istəməyən “Sony” konsolları hazırlayır və satışa çıxarır. Beləcə, əfsanəvi “Play Station”lar meydana gəlir.

Dünya üzrə videooyun biznesinin dövriyyəsi 70 milyard dollar civarındadır.

Cənubi Koreyada 16 yaşdan aşağı uşaqlara gecə saat 12-dən sonra oynamağı qadağan edən rəsmi qanun var.

Tədqiqatlar göstərir ki, ABŞ əhalisinin üçdə ikisi davamlı şəkildə oyun oynayır, oyun həvəskarlarının 60 %-ni kişilər, 40 %-ni qadınlar təşkil edir.

“Super Mario” oyunu 1980-ci illərdə o qədər məşhur idi ki, xaricdə yenidoğulmuşlara ən çox Mario adı qoyulurdu.

Əlavə yaddaşa malik ilk xarici oyun bloku “Sega Saturn” olub, onun 1 Mb tutumu var idi.

Videooyunlar sferasında aparılan tədqiqatlar göstərib ki, bu oyunu sevən insanlarda reaksiya güclənir, onlar müəyyən məsələ ilə bağlı tez və daha düzgün qərar verə bilirlər.

Yaponiyada “MagaMan” oyunu “RockMan” adlanır.

Oyun sənayesi tarixində ən çox satılan oyun bloku “PlayStation 2”“Nintendo DS” olub.

Ən çox gəlir gətirən oyun isə “Blizzard” şirkətinin “World of Warcraft” oyunudur. Bu videooyun indiyədək şirkətə 10 milyon dollardan artıq pul qazandırıb.

Amerikanın oyun tərtibatı və proqramlaşdırılması şirkəti “Atari”nin adı yapon dilindən götürülüb və uğur deməkdir.