16 sentyabr 2019 18:00
189

Vilnüsdə svastika qalmaqalı davam edir

Ötən gecə Vilnüsdə yəhudilərin binası qarşısında naməlum şəxslər tərəfindən torpaqla çəkilmiş svastika təsviri ilə bağlı qalmaqal davam edir.

AZƏRTAC xəbər verir ki, Litva polisi bu hadisəni ciddi nəzarətə götürüb. Yəhudi icmasının rəhbəri Faina Kuklyanski bildirib ki, Litvada çoxdandır antisemitizm əlamətləri yox idi. Bu hadisə ölkədəki yəhudilərlə litvalıları qarşıdurmaya sövq etmək məqsədi daşıyır, lakin təşkilatçılar heç nəyə nail olmayacaqlar.

Qeyd edək ki, bir həftədən sonra Litvada yəhudi qırğını qurbanlarının yad edilməsi mərasimi keçiriləcək.