21 sentyabr 2020 00:36
823

Visente Qomes: Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik

"Oyundan çox razı qaldım. Birinci hissədə qol üçün fürsətlər oldu, rəqibə də imkan vermədik. İkinci yarıda "Zirə" matça bir az nəzarət etsə də, oyundan razıyam".

“İki sahil” Qol.az-a istinadla xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Visente Qomez Premyer Liqanın 3-cü turunda səfərdə "Zirə"ni 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis Avroliqaya vəsiqə üçün mübarizə aparacaqlarını bildirib: "Qələbə qazana bildik. İki fərli hissə izlədik, ilk yarıda yaxşı oynadıq, ikinci hissədə isə əziyyət çəkən tərəf biz idik. Daha çox işləsək, Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilərik".

V.Qomes Təmkin Xəlilzadənin oyuna sonradan daxil olması barədə bunları söyləyib: "Oyunçuların bir həftədəki hazırlıqlarına baxaraq qərar verirəm. Ondan daha hazırlıqlı olanları var idi. Mənim üçün ehtiyat futbolçular skamyasında olanlar da önəmlidir".