22 aprel 2019 17:31
449

Vladimir Zelenskinin andiçmə mərasiminin ilkin tarixi açıqlanıb

Ukrayanda prezident seçkisində qalib gələn Vladimir Zelenskinin andiçmə mərasimi mayın 28-də keçirilə bilər.

Bunu onun Seçki Qərargahının nümayəndələrindən biri deyib.

O əlavə edib ki, bu tarixin təyin edilməsi parlamentin buraxılmaması ilə bağlıdır. Çünki 6 aydan sonra Ukrayanda növbəti parlament seçkiləri keçiriləcək. 

Qeyd edək ki, aprelin 21-də Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə bülletenlərinin 99 faizini sayıb. Viladimir Zelenskiyə seçicilərin 73,15 faizi (13 milyon 262 min 89nəfər) səs verib.

Hazırk Prezident Petro Poroşenko 24,53 faiz (4 milyon 447 min 166nəfər) səs toplayıb. 

“Report”