13 may 2019 18:34
316

“Volvo” 6 mindən çox avtomobili geri çağırır

İsveçin məşhur avtomobil istehsalçısı “Volvo” Çin bazarında satdığı 6223 avtomobili təhlükəsizlik məsələləri ilə əlaqədar geri çağırır.

AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2016-cı illərdə istehsal olunmuş “XC90” modeli nəqliyyat vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edir ki, soyutma sistemindəki nasazlıq mühərrikin alışıb yanmasına səbəb ola bilər.

İyunda başlayacaq prosesdə “Volvo” qüsurlu hissələri öz hesabına dəyişəcək.