11 fevral 2020 17:39
674

Vüsal Əliyevi sevən qadın studiyaya gəldi - VİDEO

Müğənni Vüsal Əliyev qonağı oldığı "Şou ATV"də çətin anlar yaşayıb.

Milli.Az xəbər verir ki, müğənnini sevən bir qadın ona görə verilişin çəkildiyi studiyaya gəlib. Bu barədə ilk məlumatı verilişin aparıcısı Nanə Ağamalıyeva verib. Olayın üstü aparıcının Vüsala "Siz bu verilişə köməkçinizlə gəlmisiniz" ifadəsindən sonra açılıb.

Müğənni aparıcının sözlərinə "Mən həmişə verilişə çıxanda heç vaxt özümə baxmaram. Sadəcə, evdən soruşaram ki, "necə alındı?". Sizin verilişin birində elə temalara toxunduq ki, verilişdən çıxanda zəng vurdum evə ki, "Necə idi?", dedilər ki, "Evə gəlmə". İndi siz burada bir də elə etməyin ki, biz yenə evə gedə bilməyək" ifadələri ilə cavab verib.

Nanə Vüsalın sözlərinə "Vau, o qədər təhlükəlidir?" deyə reaksiya verib. Müğənni "Əlbəttə" kəlməsini işlədib.

Sözügedən qadın efirdə görünmək istəsə də "Vüsal narazılığını bildirərək "Mən istəmirəm efirdə görünsün. Bir Allah şahiddir ki, mən bura tək gəlmişəm" deyərək etirazını bildirib. 

Müğənninin bu sözlərindən sonra qadın studiyanı tərk edib. Onun əyləşib müğənnini izlədiyi həmin yerdə müğənni Vüsal Əliyevin cüzdanı görünüb təkcə.

Xatırladaq ki, Vüsal Əliyevin ilk həyat yoldaşı rəhmətə gedib. Həyat yoldaşının ili çıxdıqdan sonra müğənni ikinci dəfə ailə həyatı qurub. İki evlilikdən müğənninin üç oğlan və bir qız övladı var.