09 yanvar 2020 13:43
218

Vüsal Qasımlı onu özünə müavin təyin etdi

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ramil Hüseyn bu Mərkəzdə icraçı direktorun müavini vəzifəsinə təyin olunub. 

"İki sahil" xəbər verir ki, bu barədə əmri İİTKM-in icraçı direktoru Vüsal Qasımlı imzalayıb.

Ramil Hüseyn bu vaxta qədər İİTKM-in Strateji planlaşdırma və inkişaf departamentinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki R.Hüseyn Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2015-2016-cı illərdə qonaq professor kimi İngiltərə Newcastle Universitetində tədqiqat aparıb. Həmçinin FAO və Katoloniya Universitetinin birgə təşkil etdiyi dövlət proqramlarının təsirinin qiymətləndirilməsi üzrə proqramı bitirib. 2006-2016-cı illərdə Kənd Təsərrüfatı Nazirliyinin Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutunda aparıcı elmi işçi və şöbə müdiri vəziflərində işləyib. Eyni zamanda 2011-2016-ci illərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda həyata keçirdiyi müxtəlif layihələrdə milli məsləhətçi olub. Dövlət İqtisad Universitetində pedaqoq kimi fəaliyyət göstərib.