01 fevral 2019 17:22
524

“Whatsapp”dan yeni qərar...

“Whatsapp” yanlış məlumatların yayılmasının qarşısını almaq məqsədi ilə artıq bir mesajın 5 dəfədən artıq yönləndirilə bilməyəcəyini açıqladı. “Facebook”un paylaşma saytında dünyadakı bütün “Whatsapp” istifadəçiləri üçün keçərli olacaq bu yeniliyin tətbiqi 6 ay öncə Hindistanda başlamışdır. Şirkət bu qərarı “Whatsapp” vasitəsi ilə yayılan əsassız məlumatlar ucbatından şikayətlər olunduqdan sonra aldı. İndiyə qədər istifadəçilərin mesajı 20 dəfə yönləndirə bilməsinə icazə verilirdi. Tətbiqin qərarı ilə bağlı düzəlişlər İndoneziyanın Cakarta əyalətindəki tədbirdə bildirildi.

"Bu tətbiq “Whatsapp”ın telefon kitabçasındakı əlaqələri olan istifadəçilərin xüsusi mesajlaşmalarına yönəldəcəkdir. Biz istifadəçilərimizin yeni təcrübələrinə dair şərhlərini dinləyəcəyik və vaxt keçdikcə yalan məzmunun yayılmasının qarşısının alınması üçün yeni yollar tapacağıq" deyə Spoksman bildirib.

 Bir mesaj ən çox 1280 nəfərə çata biləcək.

“Whatsapp”da bir qrupa ən çox 256 nəfər daxil edilə bilirdi. Bu, bir istifadəçinin 1280 adama mesaj göndərə biləcəyini bildirirdi. Bu say məhdudlaşdırmadan əvvəl 5120 oldu.

“Whatsapp” və “Facebook” üzərindəki təzyiq, təbliğat və qeyri-real məlumatların yayılmasının qarşısını almaq üçün məhdudlaşdırma qərarı alındı. Ötən həftə “Facebook”, Orta Avropa, Ukrayna və digər Şərqi Avropa ölkələrində 500 istifadəçinin hesabını ləğv etdiyini açıqladı. Lakin, şifrələnmiş olduğundan, yalnız “Whatsapp” mesajlarını göndərən və qəbul edənlər onu oxuya bilərlər. Ekspertlərin fikrincə, bu vəziyyət şirkətin yanlış informasiyanı aşkar etmək qabiliyyətini məhdudlaşdırır. Ötən ilin sonunda Hindistan mətbuatında hökumətin “Facebook” və “Whatsapp”a qanunsuz kontentə əməl etməyə məcbur edəcək bir tənzimləmə hazırlamağa hazır olduğu bildirildi. Şirkətin şifrələmə texnologiyasını dəyişməyə məcbur ola biləcəyi deyilir.

Röya Rasimqızı