29 iyul 2020 18:30
488

“Windows”da kritik səhv var?

"Microsoft" şirkəti "Windows" sisteminin yeni versiyalarında kritik təhlükəsizlik səhvini düzəltməyə söz verib.

ABŞ korporasiyası əməliyyat sistemlərinin cari versiyaları ilə bağlı problemlər haqqında xəbərdar olduğunu təsdiq edib.

"Microsoft" öz səhvini etiraf edib və bildirib ki, onu düzəldən təhlükəsizlik paketləri əməliyyat sisteminin növbəti yeniləməsində əlçatan olacaq. Şirkətin mütəxəssisləri yeni təhlükəsizlik paketi çıxarılana kimi istifadəçilərə səhv mesajı görünən kimi sistemi yenidən yükləməyi tövsiyə ediblər.

Jurnalistlərin sözlərinə görə, "Windows 10" sistemində təhlükəsizliklə bağlı problem istifadəçilərin diqqətini çəkib. Əməliyyat sisteminin lisenziyalı surətlərinin sahibləri şikayət ediblər ki, "Windows Sandbox" və "Windows Defender" proqramlarını işə salmaq istədikdə səhv mesajları görünür. Bu problemlə "Windows 10" sisteminin "1903", "1909" və "2004" versiyalarının istifadəçiləri qarşılaşıblar. //AZƏRTAC