Xaçmaz rayonunda azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Çağırış ünvanına cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri həkim nəzarəti altında azyaşlının əlini ət maşınından çıxarıblar.