04 dekabr 2020 11:29
720

Xaçmazda şəhid ailələri və yaralı hərbiçilər ziyarət olunub

Xaçmazda şəhid ailələri və yaralanmış hərbiçilər evlərində ziyarət olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi Nərəcan, Mürşüdoba və Palçıqoba kəndlərində şəhid ailələrinə baş çəkib, Vətən müharibəsində yaralanmış hərbiçilərlə görüşüblər.

Şəhid ailələri və yaralı hərbiçilər qələbə münasibətilə təbrik olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsinin daima yaddaşlarda qalacağı bildirilib. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilmiş torpaqlarımız bu gün azadlığa qovuşub.

Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz bir daha dünyaya qüdrətini sübut edib, şəhidlərimizin qanı yerdə qalmayıb.

Görüşlərdə şəhid ailələrinin daim qayğı ilə əhatə olunacağı, yaralıların sağalması üçün bütün səylərin göstəriləcəyini diqqətə çatdırılıb.