08 avqust 2020 00:47
1095

Xalq daim öz Prezidentinə dəstəkdir

Bu gün dünyanı cənginə almış COVİD-19 pandemiyasına qarşı hər bir ölkə müxtəlif üsullarla mübarizə aparmaqdadır. Bəzi ölkələrin iqtisadiyyatı təmamən ziyana uğrayıb, bəzi ölkələrin əhalisi gözlə görünəcək qədər azalıb, bəzi ölkələr isə bu virusa qarşı vaxtında mübarizəyə başlaya bilib. Azərbaycan da məhz bu sıradakı ölkələrə aiddir.
Virus digər ölkələrdə sürətlə yayıldığı zaman Azərbaycan sərhədləri bağlayıb, digər ölkələrə nisbətən virusun ölkəmizdə yayılması ləngiyib.
Prezidentimizin düzgün siyasəti, uzaqgörənliyinin nəticəsidir ki, hazırda 46 xəstəxana koronavirusun müalicəsi üçün istifadəyə verilib. Bu xəstəxanaların hər biri yüksək tibbi avadanlıqlarla təchiz olunub. Virusdan qorunmaq üçün qabaqlayıcı tədbirlər görülüb, Prezidentimizin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi açılıb. 
Göründüyü kimi Prezidentimiz öz dəstəyini xalqından əsirgəmir. Xalq da daim öz Prezidentinə dəstək olmaqdadır. 
Gündən-günə virusa yoluxanların sayının azalması respublikamızda gedən güclü mübarizə tədbirlərinin nəticəsidir. Ölkəmizdə gün ərzində rekord yoluxma sayı 590 nəfər olduğu halda bu rəqəmlər artıq 120 nəfərə qədər azalıb. 
Ümid edirəm ki, bu rəqəmlər "0"a bərabər olar və virus tamamilə ölkəmiz bu bəladan qurtular.

Fuad Heydər,
YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini