30 iyul 2020 16:28
408

Xalq-iqtidar birliyi radikal müxalifətə ən ağır zərbədir

Ermənistan silahlı qüvvələrinin iyulun 12 -də Tovuz rayonu istiqamətindəki hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu cavab atəşləri ilə düşmənin çox mühüm hərbi obyektlərini və xeyli sayda canlı qüvvəsini məhv edərək onları ağır məğlubiyyətə uğratdı. Bu, bir daha göstərdi ki, Azərbaycan Ordusu güclüdür və basılmazdır.

Məhz bundan ruhlanan vətəndaşlarımız iyul ayının 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna və Ali Baş Komandanımıza dəstək məqsədilə möhtəşəm və əzəmətli zəfər yürüşü keçirdilər. Aksiyada on minlərlə vətəndaş iştirak edirdi. Bu, milli həmrəyliyin və  xalq- iqtidar birliyinin bariz nümunəsi idi.

Belə bir möhtəşəm yürüşdə xalqımız xarici düşmənlərlə yanaşı, daxili ünsürlərə də mesaj vermiş oldu. Başda Əli Kərimli olmaqla Cəmil Həsənlini, Gültəkin Hacıbəylini, Sevinc Osmanqızını, Qənimət Zahidi və digərlərini başa saldı ki, xalq qorxaq deyil. Xalq bir daha hər gün sosial şəbəkələrdə «Xalq müxalifəti dəstəkləyir» , «Xalq qorxaqdır, öz haqqını tələb eldə bilmir», « İnsanlar qorxduğuna görə müxalifətin mitinqlərinə çıxmırlar» kimi ifadələr işlədənlərin əksinə olaraq bu mitinqə çıxaraq həm ordumuzu, həm də Prezident İlham Əliyevə dəstək nümayiş etdirdi.

Bununla da xalq radikal müxalifətə bildirdi ki, onlar səhv yoldadırlar. İndi gördülər ki, xalq qorxaq deyil, xalq inandığı adamların dəstəkçisidir. Məhz bu möhtəşəm mitinqlə ölkə vətəndaşları qondarma « Milli Şura»nı və AXCP-ni ifşa etdi. Bir sözlə, insanlarımız bu dəstək mitinqi ilə radikalların xaqlın ünvanına səsləndirdikləri təhqirlərə layiqli cavab vermiş oldu.

Biz isə bir gənc olaraq cəbhədə gedən ağır döyüşlərdə öz qəhrəmanlarımızı yenidən tanıdıq və Vətən uğrunda şəhid olan əsgər və zabitlərimizlə qürur duyduq. Eyni zamanda əmin olduq ki, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Səbinə Qarayeva,

YAP Sabirabad rayon təşkilatının Gənclər Birliyinin sədr müavini