01 oktyabr 2020 15:18
518

Xalq Prezidentin mübarizəsini qətiyyətlə müdafiə edir

"27 sentyabra qədər Tovuz hərbi cəbhəsindəki Azərbaycan sərhədlərində ermənilərin hücumundan sonra  ictimai-siyasi mühiti öyrənməyə çalışdırdıq. 27 sentyabrdan sonrakı dövrlərdə də təhlillər apardıq. Sorğuların nəticələri göstərdi  ki, xalq Prezidentin bu mübarizəsini qətiyyətlə müdafiə edir və onun siyasətinə inanır".

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu barədə keçirdiyi brifinqdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri Zahid Oruc deyib.

"Biz gördük ki, ordu quruculuğu və son illərdə əldə oluna uğurlara münasibət, bir sıra ölkələrlə hərbi əməkdaşlıq addımlarına münasibət də insanların dövlətə olan tərəfdar baxışlarında önəmli rol oynayır" - Z.Oruc əlavə edib.