13 dekabr 2019 16:32
931

Xalq üçün YAP namizədlərinə səs verək! - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Kürdəmir rayonunda qadın seçicilər, rayonunun Pirili, Carlı kəndlərinin seçiciləri ilə görüşlər keçirib.

Görüşlərdə YAP-ın Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Ağali Kərimli rayon təşkilatı tərəfindən görülən işlər barədə məlumat verib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışıb, eyni zamanda, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakının durmadan artmaqda olduğunu qeyd edib.                  

Çıxış edən YAP-ın Mərkəzi Seçki Qərargahı Kürdəmir rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri Elmira Süleymanova, Yaqut Əşrəfova, Dürriyə Seyidova, Qəndaf  Zülfüqarova bildiriblər ki, YAP-ın xalq üçün, Azərbaycanın rifahı və quruculuğu naminə fəaliyyət göstərməsi, onun namizədlərinin qələbəsini şərtləndirmiş olur. Onlar vurğulayıblar ki,  cənab İlham Əliyevin Sədri olduğu partiyanın namizədlərinin qarşıdan gələn seçkilərdə də qalib gələcəyinə əmindirlər. Natiqlər Azərbaycanda ötən dövr ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun əvəzsiz olduğunu söyləyərək, qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesinə müsbət təsir göstərəcəyinə əminliklərini  bildiriblər  və  bütün namizədlərə uğurlar arzulayıblar.

Çıxış edən rayon seçicilərindən Kimiyə Hüseynova, Mais Bayramov və digərləri xalq üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

Orxan Vahidoğlu, “İki sahil”