21 noyabr 2019 13:57
720

Xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi

Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi ilə bağlı Saatlı rayonunda tədbir keçirilib.

YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev partiyanın yaranmasından, bu illər ərzində partiyanın əldə etdiyi nailiyyətlərdən danışaraq bildirib ki, Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatında mühüm rol oynayıb, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Bildirib ki, Prezident, YAP-ın Sədri İlham Əliyevin vurğuladığı kimi, YAP bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.

YAP rayon təşkilatının sədr müavini Elçin Qiyasov qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda xalqın istək və arzularının nəticəsi olaraq tarixi zərurətdən yarandı. Yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, milli müstəqilliyimizin qorunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişaf etdirilməsində özünün layiqli töhfələrini verir.          

YAP rayon Qadınlar Şurasının sədri Reyhan Ocaqova vurğulayıb ki, Azərbaycan bu gün tamamilə müstəqil siyasət yürüdən, öz sözü, mövqeyi, prinsipial xarici siyasəti olan dövlətdir. Möhtərəm Prezidentimizin böyük diqqət və qayğısı sayəsində Respublikamızın milli inkişaf strategiyası, vahid ideologiyası formalaşıb, milli özünəməxsusluğu qorunub, xalqın və dövlətin maraqlarına xidmət edən ümumbəşəri dəyərlər inkişaf etdirilib. Heydər Əliyev Fondunun Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədr müavini, Mehriban Xanım Əliyevanın Prezident İlham Əliyev tərəfindən Birinci vitse-prezident təyin edilməsi qadınların cəmiyyətdəki rolunu təsdiqləməklə yanaşı, partiyamızın fəaliyyətinə bir dinamizm qatdığını böyük fərəh və sevinc hissilə bildirdi.

Zahid Rza, “İki sahil”