30 yanvar 2019 10:26
130

Xam neft hasilatına başlanılıb

Vyetnamın “PetroVietnam”  dövlət neft şirkətindən verilən məlumata görə, Rusiya-Vyetnam birgə müəssisəsi olan “Vietsovpetro” şirkəti Vyetnamın cənubundakı “Ca Tam” yatağında xam neft hasilatına başlayıb. “Ca Tam” yatağından ilkin gündəlik hasilat 1630 ton  təşkil edib. Yataq “09-3/12” blokunun 160 km cənub-şərqində  yerləşir . “Ca Tam”  Vyetnamda 2014-ci ildən bəri azalan hasilatı artıracaq ilk yeni yataq  hesab olunur.   Bu yataq ölkədəki neft-qaz sənayesinin inkişafı üçün açar rolunu oynayacaq.

“İki sahil” “epmag.com” saytına istinadən xəbər verir ki,  “Ca Tam”  bu il kommersiya xarakterli hasilatın aparılacağı iki ofşor yataqdan biri hesab olunur.