31 yanvar 2019 10:24
117

Xarici İşlər Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib

Yanvarın 30-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) geniş tərkibli kollegiya iclası keçirilib.

XİN-in mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarovun rəhbərliyi ilə keçirilən iclasda cari ildə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyinin qeyd olunması ilə bağlı tədbirlər planı, həmçinin bir sıra digər təşkilati işlər və kadr məsələləri müzakirə edilib.

Bundan başqa, iclasda XİN-in yeni təyin edilən idarə rəisləri kollektivə təqdim olunub.