17 noyabr 2019 12:40
1111

Xədicə İsmayıl "Müsavat" rəhbərliyini istefa verməyə çağırdı

"Müsavat"ın ətrafında son qalmaqalla bağlı jurnalist Xədicə İsmayılova partiya rəhbərliyini istefaya çağırdı.

Publika.az bu barədə sosial şəbəkələrə istinadən bildirir.

"Müsavat" rəhbərliyinə istefa verməsi barədə müraciətindən sonra Xədicə İsmayılova hücuma məruz qalıb. Onu sosial şəbəkələrdə təhqir etməyə başlayıblar.

"Müsavat" rəhbəri Arif Hacılı öz növbəsində jurnalistə “böhtan və şantaj” səbəbindən istefaya getməyəcəyini deyib.

Xatırladaq ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müsavat Partiyası funksionerləri isə hər vəchlə məsuliyyətdən yayınmağa, ictimai qınaqdan qaçmağa çalışırlar.