08 avqust 2019 20:14
123

“Xəzər” yarım ildə 816 minik avtomobili istehsal edib

Cari ilin yanvar-iyun aylarında Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Xəzər” avtomobil zavodunda 816 minik avtomobili istehsal olunub.

Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, bu, avtomobil istehsalı üzrə 83,6 faiz artım deməkdir.