06 avqust 2020 20:12
1034

Xiaomi şirkəti Android One proqramından çıxıb

Xiaomi şirkəti bundan sonra təmiz Android əməliyyat sisteminə sahib smartfonlar istehsal etməyəcək. Bu barədə Smartdroid saytı xəbər verib. Məlumata əasən şirkət Android One proqramından çıxıb. Bu isə o deməkdir ki, Xiaomi Mi 4A smartfonunun təqdimatını dəqiq şəkildə gözləmək laızm deyil. Xiaomi şirkətinin nəyə görə belə bir qərar verməsinin səbəbi bilinmir.

Güman olunur ki, məsələ proqram təminatının dətəklənməsindədir. Belə ki, şirkətin təmiz Android ilə çalışan smartfonlarında sistem yenilənməsi ilə bağlı ciddi problemləri olurdu. Belə ki, bu cür smartfonlar üçün sistem yenilənmələri çoxlu sayd buglarla çıxırdılar. Həmçinin sözügedən sistem yenilənmələri ya gecikir ya da çoxlu sayda buglar səbəbilə yenidən təqdim olunurdular.