27 oktyabr 2020 17:55
569

XİN başçıları arasında telefon danışığı olub

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan qarşıdurmasında son vəziyyəti müzakirə ediblər.

Eyni zamanda nazirlər Liviya və Suriyada olan vəziyyətə dair fikir mübadiləsi aparıblar.