31 oktyabr 2020 01:09
883

XİN rəhbərlərinin Cenevrə görüşü başa çatdı 

Cenevrədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Ermənistanın XİN rəhbəri Zöhrab Mnatsakanyanla görüşü başa çatıb.

"İki sahil" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan bildirib. Danışıqlar 6 saatdan çox davam edib. Nazirlərin görüşünün detalları hələlik məlum deyil.

Qeyd edək ki, Cenevrə görüşü ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilib. Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Xatırladaq ki, bundan əvvəl həmsədrlər nazirlərlə ayrılıqda görüşüblər.