03 fevral 2019 15:42
266

Xırdalanda yanğın olub - 30 nəfər təxliyə edilib

Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub.

Çoxmərtəbəli mansarda tipli yaşayış binasının şaxtasından keçən elektrik naqilləri 30 p.m və pilləkən qəfəsində quraşdırılmış 40 ədəd elektrik sayğacı, mansardasının taxta atmaları və lambirindən ibarət tavanı 20 m² sahədə yanıb. 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzillərdən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.