10 dekabr 2019 19:44
836

Xocavəndli məcburi köçkünlər nəcib aksiyaya qoşulublar

Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində könüllü qanvermə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə reallaşan aksiyada xocavəndli məcburi köçkünlər fəal iştirak ediblər. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan müayinədən keçdikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.