13 fevral 2019 14:16
459

“Ya Qarabağ, Ya Ölüm”ün müəllifi vəfat etdi

Türkiyənin məşhur aşıq sənətçisi Ozan Arif vəfat edib.

"İki sahil" Publika.az-a istinadən xəbər verir ki, bir müddətdir qırtlaq xərçəngindən əziyyət çəkən Ozan Arif müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, aşıq sənətinin görkəmli nümayəndələrindən olan Ozan Arif Azərbaycanda “Ya Qarabağ, Ya Ölüm” mahnısı ilə tanınırdı.