27 iyun 2020 19:21
492

Yağış 3 nəfəri öldürdü, 12 nəfəri itirdi

Çinin cənub-qərbindəki Siçuan vilayətində yağan şiddətli yağışların törətdiyi fəsadlar 3 nəfərin ölümünə, 12 nəfərin itkin düşməsinə səbəb olub.

AZƏRTAC vilayət hökumətinin yaydığı məlumata istinadla xəbər verir ki, Miennin qəzasında iyunun 26-da səhər saatlarından başlayan intensiv yağıntının miqdarı 211 millimetrə çatıb. Təbii fəlakət nəticəsində Damau kəndində bir nəfər ölüb, 9 nəfər isə itkin düşüb. Leysanın əmələ gətirdiyi daşqın minik avtomobilini və mikroavtobusu çaya aşırıb ki, həmin nəqliyyat vasitələrində olan 2 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.

Hazırda itkin düşənlərin axtarışları davam edir. Təbii fəlakət bölgəsində 7 mindən çox sakin təxliyə edilib.