10 avqust 2019 17:15
329

Yağış, külək və təxirə salınan aviareyslər

Moskvada pis hava şəraiti axşama doğru səngiyəcək

Bu gün, avqustun 10-da səhər saatlarında Moskva hava qovşağının aeroportlarında 30-dan artıq reys təxirə salınıb.

AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, sinoptiklərin proqnozuna görə Moskvada külək axşama doğru səngiyəcək.

Moskvada səhər rekord dərəcədə - 732,2 millimetrə qədər aşağı düşən atmosfer təzyiqi avqustun 10-da axşam və ya avqustun 11-nə keçən gecə normallaşacaq. Təzyiq müntəzəm artır, axşam və gecə normal dərəcəyə çatacaq. Moskva üçün atmosfer təzyiqinin norması 748 millimetr civə sütunu təşkil edir.

Rusiya paytaxtında əlverişsiz hava şəraitinin fəsadlarının aradan qaldırılması üzrə işlər davam etdirilir. Cümə gününə keçən gecə külək onlarla ağacı yıxıb və maşınlara zərər vurub. Heç kim ziyan çəkməyib.