02 iyul 2019 12:08
1003

Yanan gəmi SOCAR-a məxsus deyil

İyulun 1-i saat 23:20 radələrində Petlim limanının 5 nömrəli yanalma körpüsünə maye hidrokarbon doldurmaq üçün yaxınlaşan zaman İtaliya bayraqlı, “Synzania” adlı gəmidə məlum olmayan səbəblərdən yanğın baş verib. Əməkdaşlarımızın dərhal müdaxiləsi nəticəsində yanğın söndürülüb, gəmidə soyutma əməliyyatları davam etdirilməkdədir.

“SOCAR Turkey Enerji A.Ş.”dən (STEAŞ) AZƏRTAC-a bildirilib ki, gəminin bütün əməkdaşları təxliyə edilib, bir nəfər vəfat edib, qazdan zəhərlənən 1 nəfər isə müalicə və müayinə üçün xəstəxanaya yerləşdirilib. Yanğının başvermə səbəbi araşdırılır.