22 avqust 2019 11:04
675

Yanğının söndürülməsinə FHN-in helikopteri cəlb olunub

Avqustun 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Yardımlı rayonunun Ləzir kəndi yaxınlığında dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsi üçün əraziyə FHN-in Aviasiya dəstəsinin bir helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və müvafiq qüvvələri cəlb olunub.