21 fevral 2020 14:46
1851

Yanvar ayının ən yaxşı futbolçusu

Neymar Fransa çempionatında yanvar ayının ən yaxşı futbolçusu seçilib

“Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar Fransa çempionatında yanvar ayının ən yaxşı futbolçusu seçilib.

Braziliyalı futbolçu yanvarda üç görüşdə rəqib qapısına beş dəfə yol tapıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Jurnalistlərin və futbol ictimaiyyətinin nümayəndələrinin qatıldıqları səsvermədə Neymar 62 faiz səs yığaraq Yunis Abdelhamidi (“Reyms”, 20 faiz) və Musa Dembeleni (“Lion”, 18 faiz) geridə qoyub.