13 fevral 2020 21:09
1039

Yanvarda qlobal neft tədarükü azalıb

Yanvarda qlobal neft təklifi dekabr ayı ilə müqayisədə orta hesabla 820 min barrel azalaraq gündəlik 100 milyon 510 min barrel təşkil edib.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Hesabata görə, keçən ay Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft tədarükü isə 130 min barrel geriləyərək sutkada 66 milyon 130 min barrel olub. //AZƏRTAC