04 fevral 2019 20:21
438

Yanvarın ən yaxşı futbolçusu

“Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah yanvarda İngiltərə Premyer Liqasının ən yaxşı futbolçusu seçilib.

26 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə David De Xea, Pol Poqba, Markus Raşford (hər üçü “Mançester Yunayted), Loroy Sane (“Mançester Siti”) və Troy Dinini (“Vatford”) qabaqlayıb.

Salah yanvarda “Mançester Siti”, “Lester Siti”, “Brayton” və “Kristal Palas”a qarşı oyunlarda meydana çıxıb. O, bu görüşlərdə 6 qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Ümumilikdə isə misirli futbolçu İngiltərə Premyer Liqasında 16 qolla bombardirlər cədvəlində liderliyini qoruyur.