07 oktyabr 2019 10:14
254

YAP alternativi olmayan partiyadır

YAP Şəmkir rayon təşkilatının  Regional Mədəniyyət İdarəsi ilk  partiya təşkilatında tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Çıxış edən YAP Şəmkir rayon təşkilatı Regional Mədəniyyət İdarəsi ilk  partiya təşkilatının sədri Cavanşir Pirverdiyev bildirdi ki, Yeni Azərbaycan Partiyası  xalq üçün, Azərbaycanın  gələcəyi üçün yaradılıb. Ümummilli lider Heydər Əliyevi də hakimiyyətə xalq gətirdi. Ulu Öndər də öz növbəsində xalqı və dövlətimizi bütün təhlükələrdən xilas etdi. C.Pirverdiyev qeyd edib ki, bu gün Azərbaycan dinamik inkişaf edən dövlətdir, ölkəmizin dünyada böyük nüfuzu var. Son 16 ildə ölkəmizdə böyük inkişaf baş verib: “Bu müddət ərzində görülən işlərə Prezident-xalq birliyi nəticəsində nail olunub. Dünyanın heç bir ölkəsində Azərbaycandakı kimi iqtisadi artım, inkişaf yoxdur. Azərbaycan Prezidenti dünyanın nüfuzlu siyasi xadimləri sırasında yer alır. Doğrudur, həmişə inkişafımızı əngəlləmək istəyən qüvvələr olub, onlar bu gün də var. Amma Prezidentimizlə xalqın birliyi nəticəsində həmin qüvvələrin məqsədləri iflasa uğrayıb.”

YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev isə çıxışında  bildirib ki, bu gün sosial şəbəkələrin imkanlarından düzgün olmayan şəkildə istifadə edilir. Bu imkanlardan istifadə olunaraq cəmiyyətdə qarışıqlıq yaratmaq istəyənlər var. Onların arxasında bəzi xarici dairələr dayanır. Həmin insanları maliyyələşdirənlər sırasında erməni lobbisi xüsusi yer tutur. F.Vəliyev  qeyd edib ki, xaricdəki mühacir azərbaycanlıların bəziləri Azərbaycanda aparılan islahatlara, abadlıq-quruculuq işlərinə kölgə salmağa cəhd edirlər. Onlar yalan məlumatlar yaymaqla məşğuldurlar. Belə olan halda YAP üzvləri daha fəal olmalıdırlar. Başqa ölkələrin 100 ildə keçə bilmədiyi yolu Azərbaycan qısa müddətdə keçdi. Əgər bir ölkədə ictimai-siyasi sabitlik yoxdursa, orada inkişafdan söhbət gedə bilməz. Azərbaycan sabitlik adasıdır.

Tədbirdə çıxış edən YAP Şəmkir rayon təşkilatının Aparat rəhbəri Şövqi Həsənov son illər Azərbaycanda bütün sahələr üzrə çox böyük islahatlar həyata keçirildiyini və ölkəmizin gələcəyinin daha parlaq olacağını bildirdi: Çünki bu parlaq gələcəyi yaratmağa qadir olan çox ləyaqətli gənclərimiz yetişib. Onlar gələcəkdə ulu öndər Heydər Əliyevin ideyalarını, eləcə də onun layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi islahatı layiqincə davam etdirmək potensialına malikdirlər. “

Vəli İlyasov, “İki sahil”