06 dekabr 2019 09:54
702

YAP bələdiyyələrin inkişafına hər zaman dəstək verir - FOTO

23 dekabr 2019-cu il tarixində keçiriləcək bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasına yüksək ab-hava ilə başlayan Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir.

Növbəti görüş rayonun Hüseynxanlı, Xanməmmədli, Lələağacı və Yarməmmədbağı kəndlərindən olan seçicilərlə keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, YAP Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin və partiyanın rayon təşkilatının sədri Pərvin Mahmudova, YAP-ın Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsinin üzvləri Səbuhi Kərimov, Rəmzi Şirinov, Şahnaz Mustafayeva, Nailə Əliyeva, Həsən Abulov iştirak ediblər.

Çıxış edənlər  Yeni Azərbaycan Partiyasının müasir Azərbaycan dövlətinin qurulmasında, xalqın rifahının ildən-ilə yüksəlməsində və hərtərəfli inkişafımızda əvəzolunmaz xidmətlərindən danışıblar. Bildiriblər ki, ümumxalq dəstəyi və etimadı qazanan hakim partiya 23 dekabr bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə gedir. Vurğulanıb ki, bütün seçki kampaniyalarında olduğu kimi bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək və Yeni Azərbaycan Partiyası növbəti möhtəşəm uğurunu qazanacaq.

Orxan Vahidoğlu, “İki sahil”