16 yanvar 2020 20:24
826

YAP Binəqədi rayon təşkilatında gənclər üçün natiqlik təlimi

Yanvarın 11 - dən 16 - dək keçirilib Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında gənclər üçün natiqlik təlimi keçirilib.

Təlimçi Könül Quliyeva tərəfindən iştirakçılara natiqlik sənətinin incəlikləri, auditoriya ilə işləmək vərdişləri, nitqin qurulması, jest və mimikalardan, bədən dilindən istifadə məsələləri ilə bağlı ətraflı məlumatlar verilib. Gənclərlə birlikdə  praktik tapşırıqlar yerinə yerinə yetirilib. Təlimçi ona və gənclərə yaradılan şəraitə görə rayon təşkilatına minnətdarlığını bildirib.

Təlimin yekununda çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov natiqlik elminin əhəmiyyətindən danışıb. Özünün ictimai əhəmiyyətli fikirlərini anlaşıqlı, inandırıcı, təsiredici bir şəkildə ifadə etməyi  bacaran adam əsl natiqdir. Natiqlik qabiliyyəti üçün hər şey - mətnin məzmunu, intonasiya, davranış tərzi, jestlər, mimikalar lazımdır. Ən zəngin mənəviyyata malik olan insan da üzərində müntəzəm işləməsə, dünyanın yeniliklərindən, ətrafda baş verən hadisələrdən, dilin qrammatikasından xəbərdar olmasa, bu yerdə hansısa istedadın da köməyi olmaz. Canlı söz ustalığı və natiqlik sənəti, ilk növbədə, insandan böyük zəhmət tələb edir. Natiqlik sənətinin əsas materialı sözdür. Ona görə də bu materiala mükəmməl yiyələnmək gərəkdir. Hər şeydən əvvəl, insan öz leksikonunu zənginləşdirməlidir.

Ramiz Göyüşov gənclərin diqqətinə çatdırıb ki, natiqlik adicə danışmaqdan ibarət deyil. Natiq onu əhatə edən adamların sözünə diqqətlə və düşüncəli şəkildə qulaq asmalıdır. Onda dinləyici ilə danışan arasında söz körpüsü qurulur, anlaşma yaranır. Nitqin bir mühüm cəhəti də qısa olmasıdır. Natiq nə qədər öz fikrini yığcam ifadə etməyi bacarsa, bir o qədər yaxşıdır.

R.Göyüşov gənclərin hərtərəfli yetişməsi istiqamətində rayon təşkilatı tərəfindən həyata keçirilən layihələrin bundan sonra davam etdiriləcəyini diqqətə çatdırıb. Bütün gənclərə uğurlar arzu eləyib.

Şəmsiyyə Əliqızı, “İki sahil”