12 iyun 2019 17:14
111

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib.

Konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Elnur Rzayev, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, millət vəkili Pərvin Kərimzadə, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, partiya fəalları, gənclər və qonaqlar iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəsətələri düzüb, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının təkcə Azərbaycanın deyil, regionun ən nəhəng, aparıcı siyasi təşkilatı olduğunu diqqətə çatdırıb, partiyanın işində gənclərin rolundan danışıb. Dövlətin gənclərə qayğısından bəhs edən Naqif Həmzəyev bildib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb. Millət vəkili Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin konfranslararası müddətdə fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov çıxış edərək, hesabat dövrü ərzində görülən işlər, həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib, gənclərin partiyadakı rolundan, onların fəallığından danışıb. Məruzəçi qeyd edib ki, hazırda təşkilatın Gənclər Birliyi 23 866 nəfər gənci öz sıralarında birləşdirir. Gənc üzvlərimizdən 18 421 nəfəri, yəni 77,1 %-i qadınlar, 15 744 nəfəri, yəni 65,9% -i ali təhsilli gənclərdir.

Elnur Həsənov, Orxan Məmmədov, Valeh Əsədov və digərləri çıxış edərək görülən işlərə münasibət bildiriblər. Gənclər ölkəmizin inkişafı, respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylə çalışdıqlarını söyləyiblər. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyеvin qarşıya qoyduğu vəzifələri şərəflə yеrinə yеtirmək üçün gənclər bundan sonra da var qüvvə ilə çalışacaqlar.

Konfransda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Elnur Rzayev çıxış edərək hesabat konfransının əlamətdar günə-15 İyun- Müstəqilliyi gününə təsadüf etdiyini bildirib. Elnur Rzayv qeyd edib ki, müstəqilliyimizin ilk illərində yaranmış ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi dahi bir şəxsiyyət qoruya bilərdi. Bu səbəbdən Ulu öndər Heydər Əliyev xalqının səsinə səs verdi və yeni bir siyasi partiyanı - Yeni Azərbaycan Partiyasını yaratdı. Bu partiyanın təsis olunması, sonrakı illərdə xalqın yekdil səsi ilə hakimiyyətə gəlməsi nəticəsində Azərbaycan bölünmək təhlükəsindən xilas oldu, bugünkü inkişafın təməlləri qoyuldu. Hazırda müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, yeni-yeni uğurlara imza atır. Sevindirici haldır ki, Azərbaysan gəncliyi ölkəmizin inkişafı prosesində, uğurların qazanılmasında fəal iştirak edir. Elnur Rzayev Gəncə şəhərində quruculuq işlərində YAP-ın üzvü olan gənclərin müstəsna rolu olduğunu diqqətə çatdırıb.

Millət vəkili Pərvin Kərimzadə çıxış edərək gənclər siyasətinin düzgün həyata keçirilməsi dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə yanaşı onun həyata keçirməyə çalışdığı dövlət siyasətinin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə gətirib çıxardığını bildirib. Millət vəkili qeyd edib ki, məhz Ulu öndərin qətiyyətli səyiylə gənclərlə dialoq yaranıb, gənclərdə özünə inam artıb, onlar dövlətin ictimai-siyasi həyatında iştiraka cəlb olunmağa başlayıblar. Bu gün Azərbaycanda sağlam düşüncəyə, təfəkkürə, əqidəyə malik gənclərin formalaşması dövlətin gələcəyinin əsas təmini rolunda çıxış edir.

Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışaraq, bü günkü nailiyyətlərimizin və uğurlarımızın əsas səbəbi kimi partiyamızın və onun Sədri, Prezident İlham Əliyevin gərgin əməyinin nəticəsi olduğunu diqqətə çatdırıb. Müşfiq Cəfərovr ölkəmizin inkişafı prosesində gənclərin də yaxından iştirak etdiyini diqqətə çatdırıb.

Konfransda təşkilati məsələlərə baxılıb. YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin 49 nəfərdən ibarət Şura və 19 nəfərdən İdarə Heyətinin tərkibi müəyyənləşib.

Eyni zamanda, səsvermə nəticəsində Kamran Abbasov YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri seçilib, həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr də müəyyənləşdirilib

Sonda konfrans iştirakçıları adından Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul edilib.