27 iyul 2020 16:57
234

YAP-ın Gənclər Birliyi əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara çağırış etdi

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara son günlər erməni təxribatçılarının həm Azərbaycanla sərhəddə, eləcə də dünyanın müxtəlif şəhərlərində törətdikləri iğtişaşlarla əlaqədar çağırış edib. Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi DEMYC (Avropa Demokratik Gənclər Qurumu), IYDU (Beynəlxalq Gənc Demokratlar Birliyi), YEPP (Avropa Xalqları Partiyasının Gəncləri), ICAPP YW (Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Gənclər Qolu), YOUTH CDI (Beynəlxalq Mərkəzçi Demokrat Gəncləri), SCO (Şanxay Əməkdaşlıq Təşkilatı), Rusiya, Türkiyə, İtaliya, Portuqaliya, Bosniya və Hersoqovina, Qazaxstan, Qırğızstan, Ukrayna, Rumıniya, Almaniya, Livan, İsrail və s. ölkələrin gənclər təşkilatları ilə əməkdşlıq edir. Bu təşkilatlara erməni təxribatına son qoyulması, erməni vandalizminin qarşısının alınması məzmununda çağırışlar ünvanlanmışdır.

Çağırışda deyilir ki, iyul ayının 12-si 2020-ci il tarixindən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hərbi təxribatlara başlamasına, eləcə də, bir çox xarici ölkələrdə Azərbaycanın diplomatik nümayəndəlikləri qarşısında erməni aqressiyasının şahidi olduq. Belə ki, Fransa, İngiltərə, İsveç, Polşa, Avstraliya, ABŞ, Hollandiya, Belçikada Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, habelə bu ölkələrdə dinc şəkildə fikirlərini bildirən azərbaycanlı nümayişçilərə qarşı erməni təxribatçıları tərəfindən törədilmiş zorakılıqlar bilavasitə vandalizm və terror ünsürlərini özündə əks etdirir, Azərbaycan icmalarının üzvlərinə, diplomatlara və əmlaklarına qəsdən ziyan vurmaq məqsədi daşıyan cinayət məsuliyyətinə səbəb olan hərəkətlər kimi xarakterizə olunur.

Bütün bu faktları əsas tutaraq, Azərbaycan tərəfi, müvafiq ölkələrin hüquq-mühafizə orqanları tərəfindən radikal erməni qruplarının törətdikləri vandalizm aktlarının araşdırılmasını və bu cinayətləri törədənlərin əməllərinə hüquqi qiymət verilməsini tələb edir.