04 noyabr 2019 16:37
154

YAP İsmayıllı rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlaşır - FOTO

23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri yüksək sürətlə davam etdirilir. Belə ki, Seçki Məcəlləsinin tələblərinə tam riayət olunaraq seçkilərin tam ədalətli, şəffaf şəkildə keçirilməsi istiqamətində əməli işlər görülməkdədir.

Ölkəmizin ictimai-siyasi həyatında önəmli təşkilat olan Yeni Azərbaycan Partiyası (YAP) ölkəmizdə keçirilən bütün seçkilərdə öz siyasi gücünü nümayiş etdirərək seçki proseduralarına əməl edərək  daim öz layiqli namizədlərini irəli sürüb. Gördüyü əməli işlərlə xalqın inam və etibarını qazanan bu namizədlər daim öz bilik və bacarığı ilə seçilirlər.

YAP İsmayıllı rayon təşkilatı Seçki Məcəlləsinin bütün tələblərini əldə rəhbər tutaraq qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi hazırlaşır. Rayon təşkilatı namizədlərin müəyyən olunması prosesini başa çatdıraraq, Seçki Məcəlləsinin tələbinə uyğun olaraq onların irəli sürülməsi prosesinə start verib. 300 nəfər YAP namizədinin sənədləri hazırlanaraq müvafiq Dairə Seçki Komissiyalarına təqdim edilib.

Qeyd etmək lazımdır ki, namizədliyi irəli sürülmüş şəxslərin bütün sənədləri hazırlanaraq 43 nəfəri 87 saylı Ağsu – İsmayıllı, 257  nəfəri isə 86 saylı İsmayıllı Dairə Seçki Komissiyasına təhvil verilib. Sənədləri müvafiq Dairə Seçki Komissiyalarına təhvil verilən namizədlərin imza vərəqləri alınaraq müvafiq seçki proseduralarına əməl olunması üçün imza vərəqələri onlara paylanılıb.

İnamla demək olar ki, bu ilin dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri əvvəlki illərdə keçirilən seçkilərdə olduğu kimi ədalətli, şəffaf keçiriləcək və Yeni Azərbaycan Partiyası bu seçkilərdə də layiqli qələbə qazanacaq.

Orxan Vahidoğlu, “İki sahil”