13 dekabr 2019 16:34
1247

YAP növbəti möhtəşəm uğurunu qazanacaq - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsi tərəfindən təbliğat-təşviqat kampaniyası uğurla davam etdirilir.

Seçicilərlə növbəti görüş rayonun Gəlmə kəndində, Gəlmə, Allahqulubağı, Salahlı və Əlibəyli kəndlərindən olan seçicilərlə keçirib.

Görüşdə Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri Səbuhi Kərimov çıxış edərək partiyanın müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında xalqın rifahının ildən-ilə yüksəlməsində əvəz olunmaz xidmətlərindən danışıb. S.Kərimov bildirib ki, ümumxalq dəstəyi və etimadı qazanan YAP bələdiyyə seçkilərinə “Xalq üçün” devizi ilə gedir: “İnanırıq ki, həmişə olduğu kimi bu Bələdiyyə seçkilərində də xalqımız YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.”

YAP Mərkəzi Seçki Qərargahı Zərdab rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvləri, Cəvahir İsmayılova, Mübariz Umarov, Həsən Abulov çıxış edərək bildiriblər ki Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkəmizdə keçirilən bütün seçkilərdə qələbə qazanıb. Əminliklə vurğulayıblar ki, YAP-ın proqram və nizamnaməsini, ölkə Prezidentinin Fərman və sərəncamlarını fəaliyyət proqramı kimi qəbul edən, “Xalq üçün” devizi altında seçkilərə qatılan namizədlərimiz qarşıdakı seçkilərdə mütləq qələbə qazanacaq və əhalinin rifahının daha da yaxşılaşdırılmasında regionlarımızın daha da inkişaf etdirilməsində öz xidmətlərini əsirgəməyəcəklər.

Orxan Vahidoğlu, “İki sahil”