14 may 2019 10:31
70

YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı

Mayın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər və önünə gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını bildiriblər. Tədbir  Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki tədbirimiz çox əlamətdar bir vaxta - ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünün yüksək təntənə ilə keçirildiyi bir vaxta təsadüf edir: “Azərbaycanın getdiyi yol alternativsiz yoldur. Bu, Heydər Əliyev yoludur. Müstəqilliyimizin bərpa olunduğu 1991-ci ildən 1993-cü ilədək ölkəmizdə dövlət quruculuğu sahəsində heç bir addım atılmadı. Məhz 1993-cü ildə  ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində işlər görülməyə başlandı. Ulu Öndər hər zaman deyirdi ki, dövləti qurmaq, bəyanat vermək asandır, ancaq onu qoruyub saxlamaq ondan çox-çox çətin və məsuliyyətlidir. Bax budur, Heydər Əliyev fenomeni. Ulu öndər Heydər Əliyev siyasi kursunun mənası odur ki, bu yol ancaq quruculuq yoludur, inkişaf yoludur. Hazırda bu yolu Ulu Öndərimizin layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir”.

Sonra YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Kəmalə Salamovanın hesabat məruzəsi dinlənilib.

YAP Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıb.   

Milli Məclisin deputatı Elman Nəsirov isə bildirib ki, müstəqil dövlətimiz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində inkişaf edir və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov da  partiyanın yaranma tarixi, onun keçdiyi şərəfli yol, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri, Prezident İlham Əliyevin respublikamızın hərtərəfli və sürətli  inkişafı naminə həyata keçirdiyi çoxşaxəli və innovativ islahatlar barədə geniş söhbət açıb.

Gənc fəallardan Günay Əliyeva, Azadə Buğday çıxış edərək Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və dövlət gənclər siyasətinin uğurları, müasir şəraitdə gəncləri düşündürən və eyni zamanda, onları narahat edən məsələlər barədə məlumat veriblər.

Sonra təşkilati məsələlərə baxılıb. YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin 16 nəfərdən ibarət Şurası, 7 nəfərdən ibarət İdarə Heyəti seçilib. Həmçinin səsvermə nəticəsində Amid Astanov YAP Qobustan rayon təşkilatı Gənclər Birliyinin sədri, Kəmalə Salamova və Rahil İsayev sədrin müavinləri seçiliblər. Konfransda YAP Gənclər Birliyinin  V  konfransına nümayəndələr də seçilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrespublika  müsabiqəsində yüksək yer tutaraq  2-ci  dərəcəli  diploma layiq görülmüş Zemfira Mirzəliyevaya YAP Qobustan rayon təşkilatının Fəxri fərmanı və pul mükafatı təqdim edilib. Elməddin Hüseynov isə YAP rayon təşkilatı Gənclər Birliyinin ictimai-siyasi həyatında fəal iştirakına görə diplomla təltif edilib.

Sonda YAP sıralarına yeni daxil olan gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Mənsumə Babayeva, “İki sahil”