09 iyul 2020 15:38
1052

YAP Qobustan rayon təşkilatında videokonfrans - FOTO

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatında “Prezident İlham Əliyevin  qlobal liderliyi və qlobal baxışı: BMT Baş Assambleyasının xüsusi sesiyası” mövzusunda videokonfrans formatında tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP Qobustan rayon təşkilatının sədri Füzuli Gülaliyev bildirib ki, dünyada tüğyan edən koronavirus pandemiyası (COVID-19) həm dövlətlərin, həm cəmiyyətlərin, həm də insanların həyatına ciddi şəkildə öz təsirini göstərib. Onun sözlərinə görə, bu gün bütün dövlətlərin gündəliyində duran ən aktual məsələ pandemiyaya qarşı mübarizə ilə bilavasitə əlaqədardır: “BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünyamiqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Təbii ki, Azərbaycan hökuməti də bu mənada istisna deyil. Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatiya çoxşaxəlidir. Hazırkı təşəbbüs Azərbaycanın olsa da, onun həyata keçirilməsi dünyanın işidir. Bütün hallarda tarix yazacaq ki, pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının keçirilməsi təşəbbüsü Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə məxsusdur. Azərbaycanda da COVID-19 pandemiyası yayıldığından hökumətin başlıca vəzifələrindən biri pandemiya ilə mübarizənin aparılmasından ibarətdir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan vətəndaşları yüksək sosial məsuliyyət nümayiş etdirir. Etiraf etmək lazımdır ki, koronavirusla mübarizə çərçivəsində vətəndaşlardan tələb olunan sosial məsuliyyət o qədər də böyük əziyyət tələb etmir. Bu, tibbi maskalardan istifadə etmək, sosial məsafə saxlamaq, gigiyenik qaydalara əməl etməkdən ibarətdir. Bunların verəcəyi fayda hər bir insan üçün, bütövlükdə cəmiyyət üçün əhəmiyyətlidir. Hər bir vətəndaşın sosial məsuliyyətinin artırılmasına ehtiyac var. Vətəndaşlar ətrafındakı insanlara bu çağırışı etməlidir. Biz də YAP üzvləri olaraq sosial məsuliyyətə əməl etməklə yanaşı, digər insanlara da bunu təşviq etməli, insanları sosial məsuliyyətli olmağa çağırımlıyıq. Bu işləri görmək bizim vətəndaş kimi vəzifələrimizdən biridir.”

Tədbir partiyadaxili məsələlərin müzakirəsilə davam etdirilib. Müzakirələrdə Şura üzvü Zaur Cəfərov, ərazi ilk partiya təşkilat sədri Yasər Alıyev və digərləri çıxış edərək məsələyə münasibət bildiriblər.

Orxan Vahidoğlu, “İki sahil”