16 may 2019 16:23
75

YAP Səbail rayon təşkilatı idarə heyətinin növbəti iclası keçirilib

Mayın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib

İclasda Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun yaradılmasının 15 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirlər haqqında məlumat verilib.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev Ulu Öndərin anadan olmasının 96-cı ildönümü və Yeni Azərbaycan Partiyasının yaradılmasının 15 illiyi münasibətilə YAP Səbail rayon təşkilatı və Səbail Rayon İcra Hakimiyyətinın birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfranslar və dəyirmi masalar və həmin tədbirlərin materialları əsasında hazırlanan “Müstəqil Azərbaycan dövlətinin qurucusu” kitabı haqqında söhbət açıb. Bildirib ki, bu kitab Ulu Öndərin ali amallara xidmət edən şərəfli, eyni zamanda, çətin və bənzərsiz həyat yolunun, zəngin dövlətçilik irsinin, eləcə də müstəqilliyinin ilk illərindən bu günə qədər respublikamızın ictimai-siyasi həyatında baş verən proseslərdə xüsusi yeri və rolu olan Yeni Azərbaycan Partiyasının uğurlu fəaliyyətinin öyrənilməsi üçün politoloqlar, tarixçilər, analitiklər, gənc siyasətçilər və tələbələr üçün mühüm mənbə olacaq. O, əminliyini ifadə edib ki, bu dahi şəxsiyyətin, görkəmli dövlət xadiminin və dünya miqyaslı nəhəng siyasətçinin zəngin irsini dərindən araşdırmaq, onun təkrarolunmaz dövlətçilik təcrübəsindən bəhrələnmək və gənc nəsillərimizi bu ruhda tərbiyə etmək nəinki bu günümüz, eləcə də gələcəyimiz üçün mühüm əhəmiyyət kəsb edir.

Eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin ən çətin, mürəkkəb və ziddiyyətli dövründə yaranmış, Azərbaycan xalqının taleyində əvəzolunmaz rol oynayan Yeni Azərbaycan Partiyasının son 25 il ərzində keçdiyi şərəfli yol, aparılan çətin mübarizələr və qazanılmış qələbələr kitabda yer alan məqalələrdə geniş şəkildə təhlil olunub. YAP Azərbaycan cəmiyyətinə sivil siyasi mədəniyyət, siyasi mübarizə nümunəsi və demokratiya gətirib.

Tədbirdə YAP Səbail rayon nəzarət-təftiş qrupunun bir sıra ərazi ilk partiya təşkilatlarında apardığı yoxlamaların nəticələri və görülmüş işlər haqqında məlumatlar iclas iştirakçılarının diqqətinə çatdırılıb.

İclas çıxışlarla davam edib.