11 iyun 2019 19:48
169

YAP Səbail rayon təşkilatında geniş tərkibli yığıncaq keçirilib

YAP Səbail rayon təşkilatında ərazi ilk təşkilat sədrlərinin iştirakı ilə geniş tərkibli yığıncaq keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının qərargahında iyunun 8-də YAP İcra Katibliyində partiyanın Sədr müavini – İcra katibi və Baş Nazirin müavini Əli Əhmədovun sədrliyi ilə keçirilən müşavirədə verilən tapşırıq və tövsiyələrin icrası ilə bağlı ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə işgüzar toplantı keçirilib.

Rayon təşkilatından bildirilib ki, tədbirdə təşkilatın sədri, Milli Məclisin deputatı professor Şəmsəddin Hacıyev partiya təşkilatı qarşısında qoyulan vəzifələr haqqında məlumat verib. Sonra verilən tapşırıqlar üzrə ciddi müzakirələr aparılıb və təkliflər dinlənilib.

Toplantıda YAP Səbail rayon təşkilatının qeydiyyatında olan bütün ərazi ilk partiya təşkilatlarının sədrləri qarşısında vəzifələr qoyulub.