10 dekabr 2019 17:31
1081

YAP Şərur rayon təşkilatı partiya üzvləri ilə görüşüb- FOTO

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının sədri Əmir Babayev Yeni Havuş kənd ərazi ilk təşkilatında partiya üzvləri ilə görüş keçirib.

“İki sahil” xəbər verir ki, Əmir Babayev məlumat verərək bildirib ki, Ölkəmizin siyasi, ictimai humanitar və iqtisadi baxımdan inkişafı, eləcədə muxtar respublikamızda görülən bütün sahələrdə işlərin inkişafın özəyini göstərir. “Bu ölkəmizin bütün dünyada öz yerini tutub rəqabətə davamlılığının daha da artırdığının bariz nümunəsidir”, deyə qeyd edib.

Sonra Şərur Rayon Təhsil Şöbəsi İdarə ilk təşkilatının sədri Ədalət Əhmədov, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Gənclər Birliyinin sədri Cahandur Məhərrəmov və Yeni Havuş kənd ərazi ilk təşkilatının sədri Günel Vəliyeva fikirlərini bildirərək, sülh və əmin amanlığa, eləcədə azad vətəndaşlıq hüququna görə ölkə və muxtar respublika rəhbərliyinə öz minnətdarlığını bildirdilər.

Əmir Babayev muxtar respublikada həyata keçirilən abadlıq, quruculuq və təmizlik sahəsində görülən işlər haqqında geniş məlumat verib.

Sonda verilən suallara aydınlıq gətirilib və Əmir Babayev Partiyanın iş otağı ilə tanış olub.