16 yanvar 2020 19:44
128

YAP Xətai rayon təşkilatında müşahidəçilərlə treninq keçirildi

Yanvarın 16-da YAP Xətai rayon təşkilatında 9 fevral 2019-cu ildə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar müşahidəçilərlə treninq keçirildi.

Treninqdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri, Milli Məclisin deputatı Hüseynbala Mirələmov bildirdi ki, ölkəmiz mühüm siyasi kampaniyaya- növbədənkənar parlament seçkilərinə hazırlaşır.  Artıq seçkilərin  namizədlərin irəli sürülməsi və imzatoplama mərhələsi arxada qalıb. Təbliğat-təşviqat mərhələsinə start verilib.

YAP Xətai rayon təşkilatının  özündə  135 ərazi ilk  partiya təşkilatını, eyni zamanda, 16371 üzvü birləşdirdiyini önə çəkən  YAP Xətai rayon təşkilatının sədri seçki məntəqələrinə  təyin edilmiş müşahidəçilərə vəzifələri ilə bağlı  məlumat verdi.

Qeyd olundu ki, seçkilərin demokratik, şəffaf,  seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilməsində  müşahidəçilərin üzərinə böyük  məsuliyyət düşür. Müşahidəçilər öz vəzifələrini dərindən dərk etməli,  lazımi səviyyədə yerinə yetirmək üçün bütün  səylərini birləşdirməlidirlər.

Diskussiya şəklində davam edən treninqlə müşahidəçiləri maraqlandıran suallar cavablandırıldı.

Yeganə Əliyeva, “İki sahil”