15 oktyabr 2019 11:15
642

Yaponiya Şimali Koreyaya etirazını bildirib

Yaponiya hökuməti bu ölkəyə məxsus iqtisadi zonada baş verən hadisə nəticəsində batmış Şimali Koreyaya məxsus gəmi üçün kompensasiya ödənilməsi tələbinə görə Pxenyana etirazını bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransında məlumat verib.

Xatırladaq ki, oktyabrın əvvəllərində Şimali Koreyanın balıqçı gəmisi Yaponiyanın məxsusi iqtisadi zonasında Balıqçılıq İdarəsinin gəmisi ilə toqquşaraq batıb.

Y.Suqa deyib: “Şimali Koreyanın kompensasiya tələbi tamamilə qəbuledilməzdir. Bununla əlaqədar biz müvafiq etirazımızı Pekindəki diplomatik kanallar vasitəsilə bildirmişik”.

Hadisəyə görə məsuliyyəti Yaponiya tərəfinin üzərinə qoyan Şimali Koreya hökuməti batmış gəmiyə görə kompensasiya ödənilməsini tələb edib.