13 yanvar 2020 20:40
193

Yaponiyada atom elektrik stansiyasında təhlükəli vəziyyət qeydə alınıb

Yaponiyada "İkata" Atom Elektrik Stansiyasında (AES) qeyri-standart vəziyyət yaşanıb.

"İkata"nın dayandırılmış üçüncü blokunda yanacaq qutularını onları reaktorda saxlayan yuxarı hissə ilə birlikdə çıxaran zaman 48 tənzimləyici kasetdən biri də təsadüfən qaldırılıb.

Baş vermiş hadisədən sonra ətrafa radiasiya yayılması və ya hər hansı təsir qeydə alınmayıb. Bu, plutonium və MOX (Mixed-Oxide fuel) uran qarışığı yanacağının ilk dəfə reaktordan çıxarılması təcrübəsidir. //AZƏRTAC