21 aprel 2019 23:23
412

Yaponiyada avtobus piyadalara çırpılıb, ölən və yaralananlar var

Yaponiyanın Kobe şəhərində avtobus San-no-Miya stansiyası yaxınlığında bir qrup piyadaya çırpılıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində azı bir nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb.

Bildirilir ki, avtobusun 64 yaşlı sürücüsü polislər tərəfindən saxlanılıb.

Hadisənin səbəbi barədə məlumat verilmir.